Azərbaycanda koronavirusla bağlı bugünkü STATİSTİKA

Cəmiyyət

13.08.2022 - 18:54

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda son sutkada koronavirusa 420 yeni yoluxma qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 804 585 nəfər koronavirusa yoluxub. Onlardan 791 656 nəfər müalicə olunaraq sağalıb, 9773 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 156 nəfərdir.

Azərbaycanda son sutkada 3 303, hazırkı dövrədək isə 7 091 597 test aparılıb.

Müəllif: Ayna.az