Azərbaycanda koronavirusa qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

07.02.2022 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 59 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı sıfır, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 58 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 12 218 614, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 248 383, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 752 395, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 217 836 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş