Bir gündə koronavirus əleyhinə 30 mindən çox peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 157 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 659, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 590 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 286 004, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 163 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 669 820, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 452 237 təşkil edir.