Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

31.05.2022 - 19:08

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündən 2162 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2162 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1494, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 188 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 723 446, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 347 805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 875, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 280 934, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 245 832 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş