Sahibkarlar qeyd edilən sayda əcnəbi işçi qüvvəsi cəlb edə bilərlər
2022-ci ildə Azərbaycanda əcnəbilər üçün 8740 iş kvotası nəzərdə tutulub. AYNA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Xidmət rəisi bildirib ki, sahibkarlar qeyd edilən sayda əcnəbi işçi qüvvəsi cəlb edə bilərlər.
Qeyd edək ki, 2021-ci ildə əcnəbilər üçün 6740 iş kvotası müəyyən edilib. Bu kvotanın artırılması ilə bağlı müvafiq komissiyanın iclası keçirilmiş və qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə təkliflər verilmişdi.