Azərbaycanda daha 21 dövlət əmlakı özəlləşdirilib

Xəbərlər

05.05.2022 - 19:44

Həkimlər Klinikalar SEO Xidməti

Bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq daha böyük olub

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə hərracların təşkil olunması davam etdirilir. Mayın 4-də keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyətin səhm paketi, 19 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 111 sifariş qəbul olunub ki, bunun 33-ü elektron qaydada həyata keçirilib.

Xidmətdən AYNA-ya bildirilib ki, hərracda səhm paketi özəlləşdirilən səhmdar cəmiyyətləri “Salyan Aqrotexservis” və “Sumqayıt Toxucu” ASC-dir. “Salyan Aqrotexservis” ASC-nin 30 faizlik səhm paketi 96 min 191 manata, “Sumqayıt Toxucu” ASC-nin 30,1 faizlik səhm paketi isə 49 min 663 manata satılıb.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq daha böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 2000 manat olan “Kamaz” markalı yük avtomobilinə edilən ən son təklif 6220 manatadək yüksəlib. Bundan başqa, “BMV” markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 6250 manat olsa da, nəqliyyat vasitəsi 9700 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 213 min 624 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, növbəti hərrac mayın 10-da keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş