Azərbaycanda COVID-19-la bağlı bugünkü STATİSTİKA

Aktual

01.12.2022 - 16:37

Daha 48 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 148 nəfər müalicə olunaraq sağalıb, 9 981 nəfər vəfat edib, aktiv xəstə sayı 256 nəfərdir.

Ölkədə son sutka ərzində 1 840, hazırkı dövrədək isə 7 377 282 test aparılıb.

Müəllif: Ayna.az