Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

27.02.2022 - 19:38

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 25 mindən çox şəxs vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 208 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 372, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20744, pozitiv nəticədən sonra “buster” doza peyvənd olunanların sayı isə 1 540 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 12 982 355, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 850, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 694 562, pozitiv nəticədən sonra “buster” doza peyvənd olunanların sayı isə 204 315 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş