Azərbaycanda COVID-19-dan ölənlərin sayı 8 min 123 nəfərə çatıb

Aktual

14.12.2021 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 922 nəfər koronavirusa yoluxub, 1 621 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 922 yeni yoluxma faktı qeydə alınıb, 1 621 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 605 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 578 756 nəfər müalicə olunaraq sağalıb, 8 123 nəfər vəfat edib, aktiv xəstə sayı 19041 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 085, ötən müddət ərzində isə ümumilikdə 5 694 341 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş