Azərbaycan XİN Çinə başsağlığı verib

Xəbərlər

07.01.2025 - 20:49

cedabet dərman SEO Xidməti

Nazirlik: "Çinin Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ bizi dərindən kədərləndirir"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı Çinə başsağlığı verib.

AYNA xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb.

"Çinin Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ bizi dərindən kədərləndirir. Dost Çinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların və bu fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzu edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, Tibetdə 6,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş