Azərbaycan XİN başçısı Türkiyəyə gedir

Xəbərlər

16.10.2022 - 19:48

cedabet dərman SEO Xidməti

Ceyhun Bayramov sabah qardaş ölkəyə səfər edəcək

Sabah Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısında iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Toplantıda TDT-nin gündəmində olan məsələlərlə yanaşı, 11 noyabrda Səmərqənddə keçirilməsi nəzərdə tutulan Zirvə görüşü ilə bağlı hazırlıqlar müzakirə ediləcək.

Toplantıda TDT üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkələr – Macarıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş