Azərbaycan Rumıniyaya yeni səfir təyin edib - SƏRƏNCAM

Siyasət

09.12.2023 - 12:28

Prezident İlham Əliyev yeni təyinat edib

Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

AYNA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif: Ayna.az