Mehriban Əliyeva qanvermə aksiyasına qoşulan hər kəsə təşəkkür edib

Siyasət

16.04.2020 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

"Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm!"

 

Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə aksiyasında fəal iştirak edən hər kəsə təşəkkür edib.

 

AYNA xəbər verir ki, M. Əliyeva bu təşəbbüsə qoşulan şəxslərə dərin minnətdarlığını bildirib:

 

"Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir.  İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!"

Müəllif: Ayna.az