Məmmədyarov Şimali Makedoniya Respublikasının baş naziri ilə görüşüb

Siyasət

24.09.2019 - 04:19

Həkimlər Klinikalar SEO Xidməti

Xarici işlər naziri Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının baş naziri Zoran Zaev ilə Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşüb

 

AYNA xəbər  verir ki, görüşdə tərəflər Azərbaycan və Şimali Makedoniya Respublikası arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Görüşdə Azərbaycan-Şimali Makedoniya Respublikası arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

 

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında fikir mübadiləsi aparan tərəflər, enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

Müəllif: Ayna.az