Avropa İttifaqı üçün separatizm dərsi

Siyasət

19.10.2019 - 11:00

Etirazçılar Madriddə də aksiyalara başlamağı planlaşdırırlar

 

Barselona növbəti dəfə qarışıqlıq içərisindədir. İspaniyada daha bir başağrısı verəcək hücum son bir neçə ildə inkişaf edir və simptomun səbəbi Kataloniya separatçıları ilə bağlıdır. Bunların hamısı 14 oktyabrda, İspaniya Ali Məhkəməsi tərəfindən 9 separatçı liderin, 2017-ci ilin payızında Kataloniyanın müstəqilliyi üçün qanunsuz referendum təşkil etmək ittihamı ilə, 9-13 il həbs müddətinə cəzasına məhkum edildiyi zaman başladı. Madriddə onların işinə iki ilə yaxın bir zaman kəsiyində baxıldı.

 

Bəzi separatçı liderlər İspaniyanı tərk edərək məhkəmədən qaçmağı bacardılar. Bunu xüsusən Kataloniyanın keçmiş rəhbəri Karles Puiqdemon etdi. O, İspaniyanın ədliyyə orqanları tərəfindən separatçılıqda ittiham olunur, hazırda Belçikada gizlənir.

 

Belə ki, 14 oktyabrda onminlərlə insan muxtariyyətin müxtəlif yerlərində etiraz aksiyasına başladı. Aksiya, əsasən kortəbii şəkildə toplaşan gənclərdən ibarət idi. Yeni separatçı hərəkat "Demokratik sunami" tərəfindən təşkil olunub. Bu insanlar avtomobil və dəmir yollarının qarşısını bağlamağa başladılar. İspaniyanın ikinci böyük hava limanında - Barselona “El Prat”da yüzdən çox reys ləğv edildi. Dünyanın diqqətini çəkməyə çalışan etirazçılar terminalın girişinə maneəçilik törədiblər. Polislə qarşıdurmalar baş verib.

Rauf Orucov


Ramanada faciə

Dünən, 17:26 Hadisə