İlham Əliyevin şərəfinə Kiyev aeroportunda fəxri qarovul düzülüb
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfər edib.
AYNA xəbər verir ki, Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düşülüb.
Dövlət başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşılayıblar.