İlham Əliyev: “Bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Birləşmiş Millətlər Təşkilatını (BMT) tənqid edib.
AYNA-nın xəbərinə görə, Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil: “Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olununur. Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadı”.
“2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”, - deyə ölkə başçısı vurğulayıb.