Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığı keçirilib - VİDEO

Xəbərlər

12.04.2023 - 13:37

cedabet dərman SEO Xidməti

Şərti düşmən hədəfləri yerindən və hərəkətdə məhv edilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş