Azərbaycan nümayəndəsi ilə Qarabağ erməniləri arasında görüş olub

Xəbərlər

18.01.2023 - 15:46

cedabet dərman SEO Xidməti

Rusiya XİN başçısı məsələnin yaxın vaxtlarda həllini tapacağını düşündüyünü vurğulayıb

Azərbaycan nümayəndəsi və Qarabağ ermənilərinin Rusiya sülhməramlı kontingentinin komandanının iştirakı ilə görüşü keçirilib.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.

Görüşün dünən, ya da srağagün baş tutduğunu qeyd edən Rusiya XİN başçısı məsələnin yaxın vaxtlarda həllini tapacağını düşündüyünü vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş