Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

İqtisadiyyat

03.01.2024 - 14:21

Neftin qiymətində ucuzlaşma qeydə alınıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,7 % azalaraq 80,19 ABŞ dolları təşkil edib.

E-huquq.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 75,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az