“Əl saxlayın, yoxsa məyus olacaqsınız” - <font color=red> Fermerlərə çağırış</font>

İqtisadiyyat

14.04.2020 - 22:40

Həkimlər Klinikalar SEO Xidməti

Vahid Məhərrəmov: “Üzümçülüklə məşğul olmaq istəmirlərsə, onda hansı fəaliyyət sahəsinin sərfəli olacağı barədə diqqətlə düşünməlidirlər”

 

Ölkəmizdə üzümçülük sahəsi son illərdə bir intibah dövrünü yaşayır. Müxtəlif bölgələrdə getdikcə daha çox üzüm bağları peyda olmağa başlayıb. Ancaq eyni zamanda, bu sahədə bir çox problemlər var, buna görə üzüm yetişdirməkdə ixtisaslaşan bəzi fermerlər peşələrini dəyişdirmək məcburiyyətində qalırlar.

 

Belə ki, Respublikanın qərb bölgəsində fermerlər üzüm bağlarını kütləvi şəkildə məhv edirlər. Bu, həmin sahələrin faktiki olaraq gəlir gətirməmələri ilə bağlıdır. Fermerlər üzüm bağlarını zərərvericilərdən təmizləmək üçün hazırlıq işlərinə çox pul xərcləyirlər, üzümü satmaq üçün isə bazar tapılmır – nə alıcı, nə də istehsal edəcək zavodlar var.

 

Mövcud reallığı AYNA-ya şərh edən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun sözlərinə görə, problemlərdən biri suvarma suyunun olmamasıdır: “Buna görə məhsuldarlıq aşağı düşür. İkincisi, qışda satış üçün normal saxlama şəraitini təşkil etmək çətindir. Azərbaycanda saxlama üçün çox az sayda normal anbar var ki, onlar da bahadır. Bütün bunlar məhsulun qiymətinə təsir göstərir”.

Elya Belskaya