Azərbaycanlı ekspert qlobal sammitdə məruzə edəcək

İqtisadiyyat

13.12.2019 - 11:31

CESD dünya beyin mərkəzləri sammitinin qlobal təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərir

 

Bu il Braziliyanın Rio De Janeyro şəhəri Dünya Beyin Mərkəzləri Sammitinə ev sahibliyi edir. Dünyanın 100-dən artıq ölkəsini təmsil edən beyin mərkəzləri, dövlət qurumları və media institutlarının nümayəndələrini bir araya yığan sammitdə qlobal iqtisadi və siyasi məsələlərin müzakirəsi həyata keçirilir.

 

Sammitdə Azərbaycandan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov iştirak edəcək. Dekabrın 13-də sammit çərçivəsində təşkil ediləcək “Maltipolar Dünyada Maltilateralizm: Münaqişələr və Böhranlar, yoxsa Sülh və İnkişaf?” adlı plenar iclasda, V.Bayramov müasir qlobal ticarət savaşlarının inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına və eləcə də qlobal iqtisadiyyata təsiləri, o cümlədən Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşmasında rolu ilə bağlı məruzə edəcək. O, həmçinin qarşılıqlı ticarət anlaşmaları, yoxsa qlobal ticari qaydaların qorunması konteksində fikirlərimi bölüşəcək.

 

Regionu təmsil edən aparıcı beyin mərkəzi olaraq CESD qlobal və regional beyin müzakirələrinin təşkilində fəal iştirak edir. Təşkilat, həmçinin dünya beyin mərkəzləri sammitinin qlobal təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərir.

Müəllif: Ayna.az