Azərbaycan neftinin bir bareli 83,6 dollara satılır

İqtisadiyyat

14.03.2023 - 11:01

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,96 dollar azalaraq 79,81 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,9 dollar ucuzlaşaraq 73,9 dollar təşkil edib.

Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,19 dollar azalaraq 83,6 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.

Müəllif: Ayna.az