Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

15.02.2023 - 11:19

“Azeri Light”ın qiyməti 88 dollardan aşağı düşüb

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,76 dollar azalaraq 84,82 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,74 dollar ucuzlaşaraq 78,32 dollar təşkil edib.

Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,74 dollar azalaraq 87,7 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə