Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

28.01.2023 - 09:53

Neftin qiymətində azalma müşahidə olunub

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,15 % azalaraq 88,91 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 86,66 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az