“Azeri Light”ın bir barelinin qiyməti 98,83 dollar olub
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,22 dollar artaraq 94,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,01 dollar ucuzlaşaraq 89,34 dollar olub.
Azərbaycan nefti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,17 dollar azalaraq 98,83 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.