Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

25.02.2023 - 11:22

Neftin qiymətində artım müşahidə olunub

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,99 % artaraq 83,77 ABŞ dolları təşkil edib.

AYNA xəbər verie ki, fevralın 23-də hərracların nəticələrinə görə “Brent” markalı neftin aprel fyuçersləri 83,16 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az