Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

11.01.2023 - 11:46

“Azeri Light”ın qiyməti qiyməti 85 dollara yaxınlaşır

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,64 dollar azalaraq 79,46 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,69 dollar ucuzlaşaraq 74,43 dollar olub.

Azərbaycan nefti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,2 dollar artaraq 84,83 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az