Azərbaycan nefti 90 dollardan baha satılır

İqtisadiyyat

19.01.2022 - 10:45

Neftin qiymətli bahalaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,90 dollar artaraq 88,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar bahalaşaraq 86,43 dollar olub.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti ötən gün 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.

Azərbaycan neftinin qiyməti isə 90 ABŞ dolları həddini keçib. “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,72 ABŞ dolları və ya 0,80 faiz artıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 90,56 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, son bir il ərzində Azərbaycan neftinin qiyməti ilk dəfədir ki, 90 ABŞ dolları həddini keçir.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Müəllif: Ayna.az