Ekspert: “Əksəriyyətin istifadə etdiyi yanacaq növlərinin, həmçinin təbii qaz və elektrik enerjisinin qiymətləri aşağı salınmalıdır”
Məlum olduğu kimi, Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinlərin qiyməti ucuzlaşıb. Lakin daha çox istifadə olunan “Aİ-92” markalı benzinin qiyməti dəyişməz qalıb.
Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Nemət Əliyevin sözlərinə görə, hökumət əhali tərəfindən və biznes sahəsində geniş istifadə olunan enerji tariflərinin azaldılması üçün adekvat addımlar atmalıdır: “Premium və super markalı benzin növlərinin ucuzlaşması vəziyyəti xilas etməyəcək, çünki bu, dəryada bir damla deməkdir. Avtomobil yanacağının qiymətinin aşağı salınması sevindirici görünə bilər.