Azərbaycan neftinin qiyməti 41 dollara düşdü

İqtisadiyyat

22.10.2020 - 11:34

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb

 

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də ucuzlaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

 

Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Müəllif: Ayna.az