Albaniya və Keniyada da səfirliyimiz açılacaq
Azərbaycanın İsraildə səfirliyi təsis edilir. AYNA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
İclasda həmçinin “Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliyinin təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.