Azərbaycan gimnastlarına “AGF Trophy” kuboku təqdim edilib

İdman

16.04.2023 - 23:49

Həkimlər Klinikalar SEO Xidməti

Turnirində Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri komandasına kubok verilib

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri komandasına kubok verilib.

AYNA xəbər verir ki, “AGF Trophy” kuboku 3 lent və 2 top ilə yarışlarda ən yüksək icra xalını toplamış Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandaya təqdim olunub.

Turnir böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş