Fevralın 21-dək ölkə ərazisində havanın küləkli olacağı gözlənilir
Fevralın 21-dək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, fevralın 21-dək Azərbaycanın rayonlarında cənub-qərb küləyinin sürətinin 15-20 metr/saniyə olacağı, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.