AZAL-ın bəzi reysləri gecikir

Aktual

14.04.2024 - 10:39

Buna səbəb Yaxın Şərqdə baş verən hadisələrdir

“Azərbaycan Hava Yolları” QSC-nin bəzi reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir. Buna səbəb Yaxın Şərqdə baş verən hadisələrdir.

QSC-nin Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı (J2 5144); Dammam-Bakı (J2 8210); Dehli-Bakı (J2 058); Dubay-Bakı (J2 016) reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Müəllif: Ayna.az