Azad olunmuş ərazilərin daha 303 hektarı minalardan təmizlənib

Xəbərlər

25.04.2023 - 13:25

cedabet dərman SEO Xidməti

ANAMA işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb.

ANAMA-dan Modern.az-a verilən məlumata görə, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13, tank əleyhinə 12 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 303 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş