Azad olunmuş ərazilərdə daha 250 mina aşkarlanıb

Xəbərlər

14.08.2023 - 20:52

cedabet dərman SEO Xidməti

ANAMA minatəmizləmə əməliyyatları ilə bağlı son vəziyyəti açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.08.2023 - 12.08.2023) açıqlanıb.

ANAMA-dan AYNA-ya verilən xəbərə görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 185 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 35 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 392,12 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş