108 hektardan artıq ərazi mina və PHS-lərdən təmizlənib
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AYNA-ya bildirilib ki, dekabrın 13-dən 18-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 18 tank əleyhinə mina və 166 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 108.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.