Ayasofya üçün SOS: 1500 illik abidə təhlükə altında

Mədəniyyət

25.07.2022 - 22:15

Belə bir tarixi binanı bir ildə 3 milyon insanın ziyarət etməsi fəlakətdir

Dünya tarixində günbəzi və divarları ilə sağlam qalan Ayasofya qədər qədim bir tikili yoxdur. Heç kim Romadakı Panteonu, ya da Venesiya-Osmanlı müharibəsi zamanı, damı venesiyalıların barıt anbarı olduğu üçün uçurulmuş Parthenonu qeyd etməsin. Bu iki binanın memarlıq texnikası və quruluşu Ayasofyaya bənzəmir. Biri günbəz deyil. İkincisi qübbədir, amma stəkanın üstündə oturmuş yarımalma kimidir.

Günbəzin ölçüsü Ayasofyadan daha böyükdür, lakin döşəməsi və dayağı daha sadə quruluşa əsaslanır. Ayasofya bu tikili üzərində tağları və sütunları olan mərkəzi günbəzin dayağı və yarımqübbəli mərkəzi günbəzin tədricən yüksəlməsidir.

Memar Sinan dayaq verdi

Qədim Roma və qədim dünyanın son möcüzəsidir. Əslində, onun memarları Trallesli Anthemios (Aydın) və Miletoslu İsidoros İsgəndəriyyə Kitabxanasından istifadə edərək, bu gün əlimizdə olmayan bəzi həndəsə kitablarını oxumuş və statistik hesablamalarında Arximed kimi həndəsələrə çox istinad etmişdilər.

Ancaq Ayasofyanın günbəzi tikildikdən təxminən 40 il sonra dağıldı. Təmir edildi, zəmin möhkəmləndi, lakin böyük Memar Sinanın təxminən 500 il əvvəl binaya verdiyi dayaq həmin günbəzi tutan dayaqlardır. Sinan bu mühəndislik ixtirası ilə o qədər fəxr etdi ki, Kılıç Əli Paşa məscidini Ayasofyanın miniatürü kimi etdi. Onun nə etdiyini anlamaq üçün Kılıç Əli Paşa Məscidini araşdırmaq lazımdır.

Bu binanın yaşaması…

Təbii ki, bu binanın yaşaması üçün qarşısında bəzi binalar ucaltmamaq, o ərazini zədələməmək və üzərini yükləməmək lazımdır. Bunlar mənim sözlərim deyil, quruluşu yaxından araşdıran mühəndislərimiz belə deyirlər.

Türkiyədə mühəndislik bu gün təəssüf ki, memarlıqdan çox irəlidədir. Çünki memarlar təhsilləri üçün lazım olan sahələri bilmirlər, lazımi dərsliklər yox oldu. Üstəlik, onların gənc yaşlarında memarlıq sənət əsərlərini ziyarət etmək, oxumaq, maraqlanmaq imkanları yoxdur. Çünki Memar Sinan Yavuz Səlim Xandan bəri Osmanlı ordusunda idi - Misir piramidalarını, Baalbek məbədlərini və Yunanıstandakı xarabalıqları öyrənmişdi.

Cəmi 10 ilimiz var

Ayasofya tezliklə 1500 illik yubileyini qeyd edəcək - 532-537-ci illərdə ayinlə istifadəyə verildiyi üçün cəmi 10 il vaxtımız var. Hərdən xəbərlər çıxır ki, döşəmədə çökmələr var. Mən bununla məşğul deyiləm. Əsas binanın altındakı kanallar və dayaq tağları barədə heç kimə lazımi məlumat verilmir. İstanbul Texniki Universiteti tərəfindən aparılan araşdırma Dr. Çiğdem Özkan Aygünün imzası ilə İtaliya jurnalında dərc olunub. İnfrastrukturla bağlı son araşdırma Prof. Dr. Hasan Fırat Dikerə məxsusdur.

İstanbul Texniki Universitetinin qrupu altdakı su sisteminin və kanalların Topkapıya, hətta hərəmin tualetlərinə qədər uzandığını müəyyən edib. Ayasofyadakı araşdırmalar zamanı onlara kanallara girmək üçün Topkapıdakı dirəkləri və su yollarını sınamağı tövsiyə etdim.

Ziyarətçi sayı fəlakətdir

Bütün bu strukturun ciddi şəkildə araşdırılması, irəli sürülməsi və uzun hesabatlarda müzakirəsi lazımdır. Ayasofya bərpa üçün müəyyən müddətə bağlanmalıdır. Ayasofyaya ildə 3 milyon ziyarətçinin girməsi fəlakətdir.

Dünyada belə işlərin hamısında randevu (öncədən növbə tutma, izn alma) sistemindən istifadə olunur. Florensiyada Duomo adlı kilsəyə və Romadakı 6-cı əsrə aid binalara baxın.

Bütün binanın təmizlənməsi üçün, yəni normal rütubətin və suyun axması üçün çəkilən kanallar, zəmin möhkəmləndirilməsi və zamanın səbəb olduğu çökmənin qarşısını almaq üçün qurulan dayaqlar düzgün müəyyənləşdirilməlidir. Yarıca, Ayasofyaya girişin randevu şəklində olması vacibdir.

Ayasofya Yustinian (yəni Konstantin) kimi deyil, xristianlığı real şəkildə qəbul etmiş sadiq bir xristian imperator tərəfindən tikilmiş binadır. Yustinian makedoniyalıdır, latın və Roma dillərini sevir.

Aydındır ki, Ayasofya əsrlər boyu bütün xristian və ya İslamdan sonra müsəlman xalqların fəth etmək arzusunda olduğu bir binadır. Ancaq Fateh Sultan Mehmed kimi böyük bir sərkərdə bunu bacardı. Fateh adını dəyişmədi - Ayasofya Fethiye məscidi olduğu faktdır, lakin sultanın 1459-cu ildən sonra öz adına uyğun Fateh Məscidini inşa etdirdiyi də bir həqiqətdir. İstanbulun faktiki paytaxt olduğu tarix də 1459-cu ilə dayanır.

Bu gözəlliyi qorumaq lazımdır

1500-cü yaşına qədəm qoyan bu binanın istifadəsini İspaniyanın Kordova məscidini nümunə götürməklə həyata keçirmək mümkün deyil. Biz ispanlar kimi davranmaq məcburiyyətində deyilik. Ayasofyaya sahib olmaq, şübhəsiz ki, qürur məsələsi, hökmranlıq simvolu olsa da, onu qorumaq məsuliyyətinin ağırlığı göz qabağındadır.

Binanın ətrafında tualetlərin olması tənqid obyektidir. Görək aşağıda olan kanallar burada istifadəyə cavab verə bilərmi? Əgər hər bir ziyarətçi onu bir az təbii ehtiyac üçün istifadə etsə, nə baş verər? Düşünmürük ki, ötən 1500 illik tarixdə bir il ərzində 3 milyon insan belə bir möhtəşəm binanı ziyarət etsin. Bu, ağır bir yükdür.

Müəllif: İlber Ortaylı

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli