“Magnum” markalı ov tüfəngi və bir ədəd patron aşkarlanaraq götürülüb
Bakının Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan Seyran Cahangirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “Magnum” markalı ov tüfəngi və bir ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.