Axtarışda olan şəxs tutulub

Xəbərlər

27.01.2023 - 11:29

Oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib

Bakıda oğurluq edən şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisində bir evdən 3000 manat dəyərində inşaat materialları, geyim və məişət əşyaları, digər evdən isə 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.

Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Salyan rayon sakini Yaşar Məmmədov saxlanılıb. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə