Avtomobili narkotikin təsiri altında sürən sürücü saxlanılıb

Xəbərlər

15.10.2022 - 16:13

cedabet dərman SEO Xidməti

Mehdi Məmmədov barəsində inzibati protokol tərtib edilib

Avtomobili narkotik vasitənin təsiri altında sürən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən AYNA-ya bildirilib ki, oktyabrın 14-də saat 10 radələrində Ələt-Astara yolunda yerləşən postda “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Mehdi Məmmədovun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib.

Masallı rayon məhkəməsinin qərarı ilə M.Məmmədov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 450 manat məbləğində cərimə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş