Markus Raysner: “Mən Qərbi Ukraynaya dəstək verməyə hazır olub-olmadığına qərar verməyə çağırıram”
“Qərb ölkələri Ukraynaya hərtərəfli yardım etməlidir. Əks halda, Kiyevi münaqişədə məğlubiyyət gözləyir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Avstriya ordusunun polkovniki Markus Raysner deyib.
Polkovnik vurğulayıb ki, Kiyevin silah təchizatına ehtiyacı var: “Çünki silah Ukrayna üçün həlledici əhəmiyyətə malikdir. Bu, köhnəlmə müharibəsidir və hər şey ilk növbədə mənəviyyatla deyil, resurslarla həll olunur".
Reysner bildirib ki, müttəfiqlər əvvəllər onlar tərəfindən verilən hərbi yardımın kifayət qədər olduğunu düşünürdülər: “Lakin belə deyil. Mən Qərbi Ukraynaya dəstək verməyə hazır olub-olmadığına qərar verməyə çağırıram. Daha çox iş görməlidir. Əgər Qərb buna hazır deyilsə, o zaman bunu açıqlamalıdır”.