Avstraliya İsrailin keçmiş nazirinə viza verməkdən imtina edib

Dünya

22.11.2024 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

Şaked açıqlamasında Avstraliyanın qərarının "rüsvayçı" olduğunu bildirib

Avstraliya hökuməti İsrailin keçmiş daxili işlər naziri Ayelet Şakedin viza müraciətini rədd edib. AYNA xəbər verir ki, bu barədə “The Australian” qəzeti məlumat yayıb.

Avstraliyanın Daxili İşlər Nazirliyi ölkənin paytaxtı Kanberrada keçiriləcək konfransda iştirak etmək üçün viza müraciəti etmiş keçmiş israilli nazirə qərarını yazılı şəkildə çatdırıb.

Şaked qəzetə verdiyi açıqlamada Avstraliyanın qərarının "rüsvayçı" olduğunu bildirib.

Qeyd olunur ki, sözügedən konfrans Kanberrada Avstraliya/İsrail və Yəhudi İşləri Şurası və “Avstraliyanın Strateji Təhlili” analitik mərkəzi tərəfindən təşkil olunur.

Şaked 2015-2019-cu illərdə İsraildə ədliyyə naziri, 2021-2022-ci illərdə isə daxili işlər naziri vəzifələrində çalışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş