Avropada qazın qiyməti 1500 dolları ötüb

Dünya

01.04.2022 - 11:31

Həkimlər Klinikalar SEO Xidməti

Mavi yanacağın qiymətində 5,6 faiz bahalaşma müşahidə olunub

Avropa bazarında aprelin 1-də keçirilən hərracın açılışında mavi yanacağın min kubmetrinin qiyməti 5 faiz artaraq 1500 dolları ötüb.

AYNA TASS-a istinadən bildirir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın may fyuçersinin qiyməti 1522 dollara qalxıb. Ümumilikdə isə mavi yanacağın qiymətində 5,6 faiz bahalaşma müşahidə olunub.

Qeyd edək ki, martın 7-də Avropada mavi yanacağın qiyməti tarixdə ilk dəfə min kubmetrə görə 3900 dollara çatmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş