Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

Dünya

17.03.2022 - 21:54

Həkimlər Klinikalar SEO Xidməti

Belarusun bütün iclas və tədbirlərdə iştirakı dayandırılıb

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, - məlumatda deyilir.

Avropa Şurası Nazirlər Komitəsi, həmçinin Minsklə istənilən texniki əməkdaşlığı dayandırmaq niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş