Avropa ölkələri Belarusa da sanksiya tətbiq edilməsini təklif edir

Dünya

15.10.2022 - 05:50

Həkimlər Klinikalar SEO Xidməti

Sanksiyalarla Minskin Rusiyaya dəstəyini dayandıracağı hesab edilir

Bəzi Avropa ölkələri Rusiya ilə paralel olaraq Belarusa da sanksiya tətbiq edilməsini təklif edir.

AYNA-nın APA-ya istinadla xəbərinə görə, Polşa, Litva, Latviya və Estoniya müvafiq layihəni Avropa Komissiyasına təqdim edib.

Layihə mətnində Rusiyaya tətbiq edilmiş sanksiyaların Belarusa münasibətdə sinxronlaşdırılması təklif edilir. Müəlliflərin fikrincə, sanksiya tətbiq olunaraq rəsmi Minsk Rusiyaya dəstəyini dayandıracaq. Eyni zamanda Rusiya Belarus vasitəsi ilə sanksiyalardan yayına bilməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş