Hərbi dəstək üçün 500 milyon avro ayrılır
Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasda Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi üçün daha 500 milyon avro ayırmaq barədə razılığa gəlinib.
Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Qeyd edilir ki, bununla da, birliyin Ukraynaya ayırdığı hərbi yardımın ümumi həcmi bir milyard avroya çatıb.
Qeyd edək ki, fevral ayının sonunda Avropa İttifaqı ilk dəfə olaraq Ukrayna silahlı qüvvələrinə 500 milyon avro məbləğində yardımı maliyyələşdirməyə qərar verib.