"Pekinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi Çinin Aİ ilə münasibətlərini müəyyən edəcək"
"Çinin Ukraynadakı hərbi münaqişə ilə bağlı mövqeyi Pekinin Avropa İttifaqı (Aİ) ilə gələcək münasibətlərini müəyyən edəcək". AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.
Leyen qeyd edib: "Çinin Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini necə tutacağı, əlbəttə ki, gələcək münasibətlərimizi müəyyənləşdirəcək".
Bundan əvvəl AK rəhbəri Rusiyaya qarşı 12-ci sanksiyalar paketini açıqlayıb. Von der Leyenin sözlərinə görə, Aİ sanksiyalar siyahılarını genişləndirmək niyyətindədir.
Leyen həmçinin bildirib ki, 12-ci sanksiyalar paketi idxal və ixraca yeni qadağalar və neftin qiymətinin tavanını sərtləşdirmək üçün tədbirlərə təsir edəcək.