Cozef Borell: “Rusiyanın qərarı ərzaq böhranının həlli üçün vacib olan taxıl və gübrələrin əsas ixrac marşrutunu təhlükə altına qoyur”
Avropa İttifaqı Rusiyanı “taxıl dəhlizi” sazişlərinin həyata keçirilməsində iştirakını dayandırması qərarını ləğv etməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrell “Twitter” hesabında yazıb.
“Rusiyanın Qara dənizdə “taxıl dəhlizi” sazişində iştirakını dayandırmaq qərarı onun Ukraynaya qarşı müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranını həll etmək üçün təcili ehtiyac duyulan taxıl və gübrələrin əsas ixrac marşrutunu təhlükə altına qoyur. Avropa İttifaqı Rusiyanı qərarından dönməyə çağırır", - Borrell dedi.
Qeyd edək ki, iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın Odessa, Çernomorsk və Yujnı limanlarının blokunun açılmasına dair saziş imzalanıb. Sənəd qüvvədə olma müddətinin uzadılması imkanı ilə Ukrayna taxılının ixracını nəzərdə tuturdu. Ukrayna ərzağı olan ilk gəmi avqustun 1-də Odessadan yola düşdü.
Oktyabrın 29-da Rusiya Krımda Rusiya Federasiyasının Qara Dəniz Donanmasının gəmilərinə qarşı hansısa “terror aktı” törətdiyinə görə “taxıl təşəbbüsü” sazişlərinin həyata keçirilməsində iştirakını dayandırdığını elan edib.
Ukraynanın Cənub Əməliyyat Komandanlığı Sevastopoldakı partlayışların səbəbinin hava hücumundan müdafiə raketlərinin uğursuz buraxılması ola biləcəyini irəli sürüb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bütün dünya dövlətlərini Rusiyadan “aclıq oyunlarını” dayandırmağı və öz öhdəliklərinə qayıtmağı tələb etməyə çağırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə vurğulayıb ki, Rusiyanın G20-də yeri yoxdur, çünki bu ölkə qəsdən bir neçə qitədə aclıq üçün çalışır.
ABŞ Prezidenti Co Bayden Rusiyanın “taxıl sazişi”nə xitam verilməsi ilə bağlı bəyanatını şərh edərkən vurğulayıb ki, dəhlizin fəaliyyətinin dayandırılması dünyada aclığı artıracaq.